USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə hakimiyyət dəyişikliyi baş verərsə, nələr dəyişəcək? - ŞƏRH

07.03.2023 İqtisadiyyat
14 0
“Türkiyənin indiki iqtisadi kursunun yaxın zamanlarda dəyişməsi gözlənilmir. İqtisadi kursun dəyişməsi yalnız seçki bitdikdən sonra baş verə bilər”.

Kommersant.az xəbər verir ki, bunu iqtisadçı Akif Nəsirli son günlər Türkiyədə gedən siyasi proseslər fonunda lirənin yenidən ucuzlaşmasından danışarkən deyib.

İqtisadçı qeyd edib ki, lirənin bir qədər ucuzlaşması, bahalaşması, müəyyən tərəddüdlər mümkündür. Amma hər hansı bir sıçrayışlı dəyişiklik seçkiyə qədər gözlənilmir:

"Seçkidən sonra əgər hakimiyyətdə komanda dəyişikliyi baş versə, başqa qüvvələr vəzifə başına gələ bilsə, o zaman artıq Türkiyədə iqtisadi siyasət kursunun dəyişməsini gözləmək olar”.

Akif Nəsirli bildirib ki, Ərdoğan hakimiyyətinin hazırda yürüdülən kursu dəyişmək imkanları artıq yoxdur:

“Çünki seçki yaxınlaşıb, seçkiyə qədər də heç nə etmək mümkün deyil. Buna görə də elə bir ciddi dəyişlik gözlənilmir”.

"Bəs seçkidən sonra iqtisadi kursda nə dəyişiklik ola bilər və lirə yenidən bahalaşa bilərmi" sualına cavab olaraq Akif Nəsirli bildirb ki, Ərdoğan hökuməti son 5-6 ildə Türkiyə iqtisadiyyatını siyasətə qurban verib, siyasi hakimiyyət iqtisadi siyasəti diqtə edən tərəf olub:

"Ərdoğanın ötən illərdə Mərkəzi Bankın rəhbərlərini tez-tez dəyişməsi, digər proseslərin gedişi, iqtisadi proseslərdə müstəqil söz demək istəyən fiqurların mütəmadi olaraq dəyişdirilməsi onu gösətrdi ki, prezident iqtisadi siyasət komandasına nələrisə diqtə edir, onlar isə öz iqtisadi potensialını itirməmək üçün onunla razılaşmır. Ərdoğan da bu səbəbdən onları kənarlaşdırır. Bütün bu problemlər də lirənin kəskin ucuzlaşmasına gətirib çıxartdı".

İqtisadçı onu da əlavə edib ki, yeni komanda hakimiyyətə gələcəyi tədqirdə, iqtisadi kursu dəyişmək məcburiyyətində olacaq:

“Bu zaman iqtisadi siyasəti yürüdən şəxslərə bir az müstəqillik veriləcək ki, ölkə iqtisdiyyatını vəziyyətdən çıxarsın. Bu istiqamətləri seçki kampaniyasında iştirak etmək istəyən namizədlər öz platformalarında elan edirlər. Bu inandırıcı və ağlabatan məsələdir. Türkiyənin Ərdoğan komandası ilə vidalaşması ölkə iqtisadiyyatına böyük töhvə verəcək”.

  • Əvvəlki

    Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0