USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sosial şəbəkələrin yeni funksiyaları Azərbaycanda niyə tətbiq olunmur? - AÇIQLAMA

07.03.2023 İqtisadiyyat
21 1
“Instagram” və başqa sosial şəbəkələrə hər gün abunə olanların sayı demək olar ki, günbəgün artır. İnsanları bura daha çox cəlb etmək, onların burda daha çox zaman keçirməsini istəyən “Meta” şirkəti bu şəbəkələrin funksiyasını yeniləyir, yeni funksiyalar əlavə edir. Bəs əlavə edilən yeniliklər niyə bizim ölkələrə gəlmir? Məsələn, artıq 2-3 ildir ki “Instagram”da musiqi ilə videoçarx hazırlamaq funksiyası var. Amma bizdə nəinki ondan istifadə etməyə, bu proqramdan istifadə edə bilən ölkələrin hazırladığı videoların da istifadəsinə icazə verilmir. Bütün bunlara səbəb nə ola bilər?

Kommersant.az məsələni informasiya texnologiyaları üzrə ekspert Vahid Qasımlı ilə müzakirə edib.

Vahid Qasımlı qeyd edib ki, burada səbəblər fərqli ola bilər:

“Ondan başlayaq ki, Azərbaycan çox kiçik ölkədir. Buna görə böyük, qlobal şirkətlərin marağında deyil. Belə ki, burada reklam imkanları məhduddur və onlar bizdən kifayət qədər pul qazana bilmirlər. Bu səbəbdən belə problemlər yarana bilər".

Ekspert qeyd edib ki, kiçik və kasıb ölkələr adətən müəllif hüquqlarına riayət etmirlər, ona görə də daha sonra problemlər meydana çıxır:

“Məsələn, hansısa yerli bəstəkarın və ya sənətçinin musiqisi hansısa videoda icazəsiz istifadə oluna, bundan sonra həmin şəxs qlobal şirkətə müraciət edə bilər ki, onun musiqisi icazəsiz istifadə olunur. Lakin həmin şirkətlərin araşdırmaq imkanları olmur ki, burda həqiqətən müəllif hüquqları qorunub ya yox. Buna görə də onlar elə ilk başdan bu cür problemlərlə qarşılaşmamaq üçün həmin funksiyanı açmırlar”.

Vahid Qasımlı sonda onu da qeyd edib ki, bizdə tətbiqlərdən pulsuz istifadə edilir:

“Necə deyərlər, ucuz ətin şorbası olmaz. Xüsusi ilə də pulsuzun. Hətta şükür etməliyik ki, biz bu proqramlardan pulsuz istifadə edə bilirik”.

  • Əvvəlki

    “Bu evlərin qiymətində heç bir dəyişiklik yoxdur” - Ramil Osmanlı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0