USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elon Mask öz şəhərini inşa edir

10.03.2023 İqtisadiyyat
3 0
SpaceX və Twitter-in sahibi İlon Maskın ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini qurmağı planlaşdırdığı bildirilir.

Wall Street Journal (WSJ) tərəfindən dərc edilən xəbərə görə, sözügedən şəhər Ostin əyalət şəhəri yaxınlığında yerləşən Bastrop qraflığında tikiləcək.

Tikintisi davam edən Boring və SpaceX obyektlərinin yanındakı ərazidə təməlinin atılması planlaşdırılan şəhərdə Mask şirkətlərində çalışanların bazardan aşağı kirayə haqqı ilə yeni evlərə köçməsinə şərait yaradacağı iddia edilir.

Texas qanununa görə bir rayonun şəhər sayılması üçün ərizə verilməzdən əvvəl həmin rayonda ən azı 201 nəfərin yaşaması mütləqdir. Bu prosesdən sonra rayon hakimindən razılıq alınır.

Bastrop qraflığının verdiyi açıqlamada qeyd edilib ki, Maskdan və ya onun sahibi olduğu hər hansı təşkilatdan hələlik heç bir müraciət daxil olmayıb.

  • Əvvəlki

    Bakı metrostansiyasının genişləndirilməməsinin səbəbləri: - “Bu sahədə limitlər var”

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0