USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Quraqlıq kritik həddə

10.03.2023 İqtisadiyyat
2 25
Quraqlığın hökm sürdüyü Türkiyənin Konya düzündə əkinçilərin ümidi yaz yağışlarınadır.

Meteorologiya Ümumi Müdirliyinin Standart Yağış İndeksindəki quraqlıq xəritəsi təhlillərinə görə, 3 aylıq məlumatlar (2022 Noyabr-Dekabr və 2023 Yanvar) nəzərə alınmaqla, İç Anadolu Bölgəsindəki Konya və Karaman "qeyri-adi quru" olaraq dəyərləndirilib.

Payız və qış aylarında yaşanan quraqlıq Konyada bənd və gölməçələrdə suyun miqdarının ciddi şəkildə azalmasına səbəb olub. Fermerlər isə Konya düzündə bitki inkişafı üçün lazım olan yağışın mart, aprel və may aylarında gəlməsini gözləyir.

Konya Ticarət Birjasının sədri Hüseyin Çevik AA müxbirinə xatırladıb ki, ötən ilin oktyabr və noyabr aylarında Konya düzünə yağan yağışlar məhsulun kifayət qədər cücərməsini təmin edib.

Bu yağıntılar sayəsində buğdanın böyük ölçüdə cücərdiyini və bu mənada heç bir problem olmadığını bildirən Çevik, "Artıq yaz yağıntılarını gözləyirik. Mart, aprel və may aylarında alacağımız yağıntılar ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu inkişafı təmin etmək mart, aprel və may aylarında yağan yağışlarla mümkündür. Hər şey suyun miqdarından asılıdır. Quraqlığın bəndlərimizə təsiri var. Bunun üçün tədbirlər görülməlidir. Sudan istifadəyə qənaət edilməlidir. Mart, aprel və may aylarında gözlənilən yağıntıları götürə bilsək, itki verməyəcəyik" dedi.

Meram Əkinçilik Palatası İdarə heyəti Üzvü Mustafa Hepokur Türkiyənin əsas gündəminin quraqlıq olmalı olduğunu ifadə etdi.

Dolanışığını əkinçiliklə təmin edən minlərlə insanın quraqlıq təhlükəsi ilə üzləşdiyini ifadə edən ekspert quraqlıqla mübarizə üçün suyun qənaətinə diqqət çəkdi.

Türkiyə daxilində yağıntılarda ciddi azalma olduğunu izah edən Hepokur, yaz yağıntısı gəlməsə, taxıl məhsulunda itkilərin ola biləcəyini bildirib.

  • Əvvəlki

    Ermənistan hələ də VoMA və POGA qruplaşmalarını ləğv etməyib - Ceyhun Bayramov

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0
04.11.2024 İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşdı
0 0