USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İflas xəbəri qızıl qiymətlərini yüksəltdi

13.03.2023 İqtisadiyyat
14 13
ABŞ-da Silicon Valley Bank-ın iflası bazarları silkələdi. Səhmlər kəskin ucuzlaşdı. Qızıl qiymətləri isə əksinə artdı. Bank müştəriləri tələsik iki gün içərisində 42 milyard dollar məbləğində əmanəti geri çəkdilər.

Silikon Vadisi Bankı (SVB) iflas etdi. Bu bazarlara uəhəmiyyətli dərəcədə təsir etdi. Banka qəyyum təyin olunduğu açıqlanıb. Bankın iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da qeydə alınan ən böyük iflaslardan biri kimi tarixə düşüb.

SVB-nin iflasının təsiri ilə Nyu-York Birjasında S&P 500 indeksində həftəlik itki yüzdə 4,5 %-ə çatıb. Dünənki bağlanışda Dow Jones indeksi 340 bənddən çox ucuzlaşaraq 1,07 faiz azalaraq 31 909,64 bənd təşkil edib. S&P 500 indeksi 1,44 faiz azalaraq 3 861,73 bənd, Nasdaq indeksi isə 1,76 faiz azalaraq 11 138,89 bənd olub.

Qızıl qiymətləri bahalaşıb

SVB-nin müflis olması xəbəri qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Dünən qızılın unsiya qiyməti 2 faizdən çox artaraq 1870 dollar olub. Qeyd edək ki, Pauellin 7 Mart çıxışından sonra qızıl ucuzlaşmışdı.