USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ticarət savaşı böyüyür

11.07.2018 İqtisadiyyat
0 0
ABŞ-Çin münasibətləri daha da gərginləşib.

"Kommersant" xəbər verir ki, rəsmi Vaşinqton ABŞ-Çin "savaşı"nın böyüməsinə zəmin yaradacaq növbəti addım atıb. Belə ki, ABŞ-ın 5 min məhsula 200 milyard dollarlıq vergi tətbiq etməsi və siyahıda dəniz məhsullarından tutmuş, idman əlcəkərinə qədər, təbii, kimyəvi minerallardan meyvə-tərəvəzə, tütün məmulatlarına, avtomobil təkərinə kimi hər növ məhsul var.

Trump isə bütün dünya ölkələrinin narazılığına baxmayaraq, qərarın qüvvəyə minməsi üçün göstəriş verib. Üstəlik, Trump Çinin cavab məqsədi ilə ABŞ məhsullarına vergi tətbiq edəcəyi halda rüsumun 550 milyarda qaldıracağını açıqlayıb.