USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergilərin büdcədənkənar fonduna 39,3 milyon manat daxil olub

11.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin I yarısında Vergilər Nazirliyinin büdcədənkənar fonduna daxilolmalar 39 milyon 276,868 min manat təşkil edib.

"Kommersant" bu barədə Vergilər nazirliyinin hesabatına istinadən xəbər verir.

Cari ilin yanvar-iyun aylarında fonda daxil olmuş vəsaitlərin ümumi həcmindən 29 milyon 143,77 min manat xərclənib.

Hesabat dövründə vəsaitlərin böyük hissəsi - 9 milyon696,038 min manat sair pul ödənişlərinə yönəldilib.

Bundan başqa, 2 milyon 98,327 min manat Vergilər Nazirliyinin ştatdankənar əməkdaşlarının əmək haqqının ödənilməsinə, 7 milyon 733,671 min manat nazirliyin ştatdakı əməkdaşlarının əmək haqqının ödənilməsinə, 4 milyon 435,558 min manat məcburi sosial sığorta ödənişlərinə, qalanı digər məqsədlərə yönəldilib.

2018-ci il iyulun 1-nə fondun qalıq vəsaitləri 10 milyon 133,098 min manat təşkil edib.

Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında

Sıra №-si

Hissə/bəndlərin adı

Hesabat dövrü üzrə aparılmış əməliyyatların məbləği (manat)

1.

Hesabat dövründə fondun vəsaitlərinin miqdarı

39 276 868,0

1.1.

Hesabat dövrünün əvvəlinə qalıq

0,0

1.2.

Hesabat dövründə daxil olub

39 276 868,0

2.

Hesabat dövründə xərclənib, o cümlədən:

2.1.

əməkhaqqına əlavənin miqdarı

8 915 433,0

2.2.

əlavəni alan işçilərin ümumi sayı

3 108,0

2.3.

orta hesabla bir işçiyə düşən əlavənin miqdarı

2 869,0

2.4.

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

1 961 395,0

2.5.

Fondun əsasnaməsində nəzərdə tutulmuş digər tədbirlər üzrə xərclər, cəmi:

29 143 770,00

o cümlədən:

Ştatda olan işçilərin əmək haqqı

7 733 671,00

Ştatdankənar işçilərin əmək haqqı

2 098 327,00

Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri

9 696 038,00

Dövlət sosial müdafiə fonduna ayırmalar

4 435 558,00

İcbari dövlət sığortası

0,00

Dəftərxana və təsərrüfat xərcləri

1 271 749,00

Mətbəə xərcləri

1 550,00

İdarənin xərcləri

53 553,00

Cari təmir

14 810,00

Mühafizə xərcləri

0,00

Ölkədaxili ezamiyyələr

11 741,00

Yanacaq və sürtkü materiallarının alınması

0,00

Elektrik enerjisi haqqının ödənilməsi

0,00

Qaz haqqının ödənilməsi

0,00

Su haqqının ödənilməsi

0,00

Kanalizasiya xidmətləri haqqının ödənilməsi

0,00

Digər kommunal xidmətləri haqqının ödənilməsi

2 706,00

Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər

8 717,00

Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi

224 233,00

Poçt xidmətlərinin ödənilməsi

22 543,00

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması

359 830,00

İnventarın alınması

0,00

Avadanlığın alınması

39 945,00

Digər alışlar və xidmətlər

480 158,00

Abadlaşdırma xidmətləri haqqının ödənilməsi

18 563,00

İşsizlərin hazırlığı və ixtisasının artırılması ilə bağlı transferlər

91 420,00

İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər

29 932,00

Digər müavinət və transferlər

0,00

İcarə və muzdlu xidmətlər

608 939,00

Sair xərclər

186 685,00

İnzibati və idarəetmə obyektlərin əsaslı təmiri

0,00

Bank xərcləri

59 619,00

Qeyri-yaşayış binalarının tikintisi

378 563,00

Nəqliyyat vasitələri

637 392,00

Digər maşın və avadanlıqlar

0,00

İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər

677 528,00

3.

Hesabat dövrünün sonuna qalıq

10 133 098,0

4.

Hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə ödəniş (qanunvericilikdə nəzərdə tutulduqda)

0,0

  • Əvvəlki

    “Uber”in adı dəyişdi, qiyməti bahalaşdı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0