USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal bazarlarda tənəzzül qorxusu

27.03.2023 İqtisadiyyat
10 0
Qlobal bazarlar bank sistemi ilə bağlı davam edən narahatlıqlar və yenidən gündəmə gələn tənəzzül qorxusu yeni həftəyə gərgin başlanğıc etməyə səbəb olub.

ABŞ-da sakitləşməyən bank narahatlıqlarının aktiv qiymətlərinə təsiri davam edir. Minneapolis FED sədri Neel Kashkari həftə sonu bank böhranının ölkədə tənəzzül riskini artırdığını söyləyib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell və bəzi üzvlər faiz endirimi mövzusunun bu il masada olmadığını bildirsələr də, mövcud vəziyyət fikirləri qarışdırır.

İyun ayında faiz endirimləri başlayacaq

Bank böhranı ilə bağlı xəbər axınının həftə boyu investorların diqqət mərkəzində olacağını qeyd edən analitiklər, FED üzvlərinin çıxışlarının bazarların istiqamətinə təsirinin gözlənildiyini bildiriblər.

Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin həftə sonu bir televiziya kanalına verdiyi açıqlamada, Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini ifadə edərək, "Bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik" deyib.

NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını “məsuliyyətsiz” hesab etdiklərini bildiriblər.

Yuxarıda qeyd olunan narahatlıqlar istiqrazlara tələbi artırsa da, əmtəə qiymətləri həftəyə qarışıq hərəkətlərlə başlayıb.

Brent markalı neftin barel qiyməti və qızılın unsiyasının qiyməti müvafiq olaraq 0,7 faiz və 0,3 faiz ucuzlaşıb, misin funtu 0,4 faiz bahalaşıb.

Nyu-York birjasında S&P 500 indeksi 0,56 faiz, Dow Jones indeksi 0,41 faiz, Nasdaq indeksi isə 0,31 faiz dəyər qazanıb. ABŞ-da indeks fyuçers müqavilələri yeni həftəyə yüksəlişlə başlayıb.

Avropa tərəfində banklar üçün risklərin məhdud da olsa azalması riski dəstəkləyir, Deutsche Bank səhmlərinin ucuzlaşması isə yavaş da olsa davam edir.

Qeyd edək ki, bank böhranının başlamasından bu yana təxminən 30 faiz ucuzlaşan Deutsche Bank səhmləri, aralıq dəyər itkisi 11-i keçsə də, günü 3,9 faiz azalaraq 8,7 avro ilə bağlayıb.

  • Əvvəlki

    Ceyhun Məmmədov: “Bizə belə sülhməramlı lazım deyil”

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0