USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti iki dollardan çox bahalaşıb

28.03.2023 İqtisadiyyat
8 0
Martın 27-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,03 dollar bahalaşaraq 78,28 dollar olub.

Kommersant.az bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,18 dollar bahalaşaraq 75,85 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,99 dollar bahalaşaraq 41,62 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 27-də 2,01 dollar bahalaşaraq 75,26 dollar olub.

  • Əvvəlki

    Yelo Bank Microfinance Centre-ə üzv ilk Azərbaycan bankı oldu

Digər xəbərlər