USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentin fərmanı su ilə bağlı hansı məsələlərə təsir edəcək? - ŞƏRH

31.03.2023 İqtisadiyyat
14 3
"Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin birləşdirilməsi ilə bağlı fərman imzalayarkən Prezident 3 məqsədi əsas göstərib. Bunlar su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirməkdir. Bura yuxarıda qeyd etdiyim bütün istiqamətlər, o cümlədən xərclərin optimallaşdırılması, effektiv idarəetmə, şəffaflıq və s. daxildir".

Kommersant.az xəbər verir ki, bunu açıqlamasında iqtisadçı Eldəniz Əmirov dünən Prezident İlham Əliyevin "Azərsu” ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin birləşdirilməsi ilə bağlı imzaladığı fərmanını şərh edərkən deyib.

İqtisadçı bildirib ki, ölkə başçısı su ehtiyatlarından səmərəli istifadəetmənin təmin olumasını əsas götürərək bu fərmanı imzalayıb:

"Mən deyərdim ki, hazırda nəinki bu qurum üçün, hətta bütün ölkə üçün ən vacib məqsədlərdən biri məhz budur. Çünki, su ehtiyatlarından səmərəli istifadə təmin edilməsə, həyatın bütün sahələri fəlakətə sürüklənəcək. İçməli su problemi insanların, çayların suyunun qeyri-bərabər və ədalətsiz bölünməsi kənd təsərrüfatının, bu da bütün regionun fəlakəti deməkdir. Bu gün bəlkə də hiss edilmir, amma su ehtiyatlarının belə ədalətsiz bölgüsü 20-25 il sonra həlli mümkün olmayan ciddi problemlər yarada bilər. Buna görə də fərmanda qeyd edilən bu məqsədə çatmaq yeni qurumun ali məqsədi olmalıdır".

Eldəniz Əmirov onu da vurğulayıb ki, burada məqsəd isə torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaqdır. Bu da regionaların inkişafının “olmazsa olmaz”ıdır:

"Ümid edirəm ki, yeni yaradılan qurum qarşıya qoyulmuş bu üç məqsədə çatmaqla həm ölkə rəhbərinin etimadını doğruldacaq, həm də kənd təsərrüfatının, dolayısı ilə regionların inkişafında ən böyük problemlərdən birinin qismən də olsa, həllinə nail olacaq".

Qeyd edək ki, Prezidentin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. "Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, "Azərsu” və Meliorasiya və Su Təsərrüfatı ASC öz fəaliyyətlərini davam etdirəcək.

Dövlət başçısının həmçinin Zaur Rauf oğlu Mikayılovun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilməsi barədə sərəncam imzalayıb. Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir.

su
  • Əvvəlki

    “İnvest-Az”ın əməliyyat mənfəəti 40 faizdən çox azalıb - HESABAT

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0