USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ neft qiymətləri proqnozunu yüksəltdi

12.07.2018 İqtisadiyyat
0 0
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) 2018 və 2019-a dair neft qiymətləri proqnozlarını dəyişdirib.

"Kommersant" EIA-nın "İyul 2018" hesabatına istinadən xəbər verir ki, Brent tipli xam neftin barelinin orta hesabla qiyməti bu il üçün 73 dollara, gələn il üçün də 69 dollara yüksəldilib.

EIA-nın iyundakı hesabatında, Brent tipli xam neftin orta hesabla qiyməti bu il üçün 71 dollar, gələn il üçün isə 68 dollar olaraq təxmin edilmişdi.

Bundan başqa, iyul ayı hesabatında, Qərbi Texas (WTI) növü xam neftin orta hesabla qiymətinin bu il üçün 67 dollar, gələn il üçün də 62 dollar olaraq nəzərdə tutulduğu qeyd edilib.

EIA-nın keçən ayki hesabatında, WTI növü xam neftin orta hesabla qiymətinin 2018 üçün 64,5 dollar, 2019 üçün isə 62 dollar olaraq təxmin edildiyi bildirilmişdi.

İyul ayı hesabatında, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) builki orta hesabla hasilatının gündəlik orta hesabla 31,9 milyon barrel səviyyəsində həyata keçməsinin gözlədiyinə yer verilib, bunun keçən ilə nisbətən gündəlik orta hesabla 0,6 milyon barrel aşağı olduğu qeyd edilib.

ABŞ-ın xam neft istehsal proqnozu sabit saxlanılıb

EIA, ABŞ-ın 2018 və 2019 illərə dair xam neft hasilat proqnozlarını isə keçən aykı hesabata əsasən sabit saxladığını bildirib.

Hesabata görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,8 milyon barrel, gələn il isə 11,8 milyon barrel olması nəzərdə tutulur.

ABŞ-ın xam neft hasilatı keçən il gündəlik orta hesabla 9,4 milyon barrel səviyyəsində baş vermişdi.

  • Əvvəlki

    DÇ-2018: Xorvatiya millisi tarixdə ilk dəfə finala yüksəlib

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0