Neft bahalaşdı, Azərbaycanın gəliri 81% artdı
12.07.2018
İqtisadiyyat
0
0
Azərbaycan xam neft ixracını artırıb.
"Kommersant" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin birinci yarısında 9 707 174 ton xam neft ixrac olunmuşdursa, cari ilin birinci yarısında bu rəqəm 13 564 784 ton təşkil edib (miqdar baxımdan 40% artıb).
Ötən ilin birinci yarısında 9 707 174 ton xam neftin statistik dəyəri 3 milyard 839 milyon 227 min dollar təşkil etmişdi. Bu ilin birinci yarısında 13 564 784 ton xam neftin statistik dəyəri 6 milyard 945 milyon 438 min dollar təşkil edib (dəyər baxımdan 81% artıb). Statistik dəyərin artmasının əsas səbəbi xam neft qiymətlərinin yüksəlməsidir.
Təbii qaz ixracının dəyəri isə 527 milyon 932 min dollardan 570 milyon 337 min dollara düşüb.

Digər xəbərlər
19.03.2026
İqtisadiyyat
Fed-in "gözlə və gör" mesajı: Müharibənin kölgəsində faiz dərəcəsi yolu qeyri-müəyyəndir
0
0
19.03.2026
İqtisadiyyat
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 650 milyon manatı ötüb
0
0



.png)


.jpg)



.jpg)

























































