USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ayıq sürücü" neçəyədir? - QİYMƏTLƏR, SİYAHI

12.07.2018 İqtisadiyyat
0 1
“Ayıq sürücü” xidməti göstərən şirkətlərdə qiymətlər şəhərdaxili və şəhərxarici istiqamətdən asılı olaraq dəyişir.

"Kommersant" xəbər verir ki, Azərbaycanda təxminən 4-5 ildir ki, 50-dən çox şirkət tərəfindən "Ayıq sürücü" xidməti göstərilir.

Bu xidmətə tələbat günbəgün artdığından şirkətlər müştəri uğrunda rəqabətə girib desək, yanılmarıq.

"Şəhər daxili 7 AZN, şəhər kənarı isə 10-15 AZN-ə limitsiz istiqamət və limitsiz saat" kampaniyası təklif edən, "Keyfiyyət rəmzimiz, sığorta ehtiyatımızdır", "İçmisən? Sükanı unut, Ayıq sürücünü üstün tut" kimi devizlərdən istifadə edən "Ayıq sürücü" xidmətləri bu üsullarla müştəriləri cəlb etməyə çalışırlar.

Bəs görəsən xidmət, sadəcə olaraq öz avtomobili ilə hansısa yığıncağa, restorana gələn, spirtli içki qəbul etdikdən sonra sükan arxasında oturmaq imkanı olmayanlar üçün nəzərdə tutulub?

""Ayıq sürücü" xidməti onun şərti adıdır. Xidmət daha geniş məzmuna malikdir".

"Kommersant" xəbər verir ki, bunu saytımıza açıqlamasında hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, "Ayıq sürücü" xidməti öz avtomobilini hansısa səbəbdən (səhhəti ilə bağlı və s.) idarə edə bilməyən şəxslərə yardım göstərmək üçündür:

"Xidmət, alkoqol qəbul edən sürücülərə daha çox lazım olur. Ona görə də buna "Ayıq sürücü" deyirlər. Yol təhlükəsizliyi üçün önəmli xidmətdir. Həm xidmətdən istifadə edən adamlar üçün, həm də cəmiyyət üçün çox faydalıdır. Xidmətdən istifadə edən adam özünü hüquqi problemlərdən sığortalayır. Məsələn, şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etsə, onu 400 AZN cərimə, yaxud sürücülük hüququnun məhdudlaşdırılması cəzası gözləyir".

Ə.Hüseynov vurğulayıb ki, xidmətin 3 əsas problemi var:

"- Bəzi hallarda xidmətə cəlb olunan sürücü qeyri-peşəkar olur. Hətta məsuliyyətsizlik edərək spirtli içki qəbul etmiş vəziyyətdə ola bilər. Xidməti təşkil edənlər öz əməkdaşlarına ciddi nəzarət etməlidirlər.

- Həmin nəqliyyat vasitələrini idarə edən ayıq sürücülər qaydanı pozaraq yol-nəqliyyat hadisələri törədirlər. Məsuliyyət məsələsində dəqiq mexanizm olmalıdır.

- Ayıq sürücü və müştəri bir-birinə sənəd təqdim etməlidirlər.

Ayıq sürücü kimi yaxınlaşan adam sorğu-sualsız sürücülük vəsiqəsini göstərməlidir. Müştəri isə avtomobilin onun olduğunu təsdiqləyən sənədi sürücüyə təqdim etməlidir".

Qeyd edək ki, "Ayıq sürücü" xidməti göstərən şirkətlərdə qiymətlər şəhərdaxili və şəhərxarici istiqamətdən asılı olaraq dəyişir. Müştəri cəlb etməyə çalışan şirkətlər, məhz qiymət endirimi etməyə üstünlük verir. Bu amili nəzərə alaraq "Ayıq sürücü" xidməti göstərən şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq.

"İçkiliyəm. Məni "Xırdalan pivə zavodu"ndan Yasamal "ASAN xidmət" mərkəzinin yanına qədər neçəyə apararsız? sualına fərqli cavablar aldıq:

"Ayıq sürücü xidməti" - 8 manat;

"Alo sürücü" - 10 manat;

"Rahat" ayıq sürücü - 8 manat;

"OK" taksinin ayıq sürücü xidməti - 5 manat 98 qəpik;

"50-50" ayıq sürücü - 8 manat;

"Alco Drive" ayıq sürücü xidməti - 8 manat;

"189" ayıq sürücü xidməti - 10 manat;

Qeyd edək ki, "Ayıq sürücü" şirkətlərinin heç biri xidmətlərə endirim tətbiq etmir.

  • Əvvəlki

    Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0