USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyə Ərəbistanı və Çinin polad qardaşlığı

11.05.2023 İqtisadiyyat
39 5
Çin və Səudiyyə Ərəbistanı təmiz polad üçün güclərini birləşdirir. İki ölkə poladın karbonsuzlaşdırılması sahəsində əməkdaşlıq edəcəklərini açıqlayıb. Dəmir və polad sənayesi qlobal emissiyaların 8 faizinə və sənaye emissiyalarının təxminən 30 faizinə cavabdehdir.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin və dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı polad sənayesinin emissiyalarını azaltmaq üçün güclərini birləşdirir. Son aylarda milyardlarla dollarlıq enerji müqavilələri imzalayan Pekin və Ər-Riyad indi polad istehsalının karbonsizləşdirilməsində əməkdaşlıq edəcəklərini açıqlayıblar.

Dünyanın ən böyük polad istehsalçısı olan Çinin Baosteel şirkəti keçən həftə Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi Saudi Aramco və Səudiyyə sərvət fondu PIF ilə birlikdə Ərəbistanda polad zavodu quracağını açıqladı. Qurulacaq müştərək müəssisənin 50 faiz ortağı Baosteel, səudiyyəli tərəfdaşların isə hər biri 25 faiz paya sahib olacaq. Baosteel-in Çindən kənarda inşa edəcəyi ilk "yaşıl polad" investisiyası olacaq bu zavodun "dünyada ən rəqabətli aşağı karbon emissiyalı polad lövhə zavodu" olması planlaşdırılır. Dəmir və polad sənayesi qlobal emissiyaların 8 faizinə və sənaye emissiyalarının təxminən 30 faizinə cavabdehdir.

Şirkətlər tərəfindən verilən açıqlamalara görə, qurulacaq müəssisənin ildə 2,5 milyon ton birbaşa reduktor və 1,5 milyon ton polad lövhə istehsal edəcəyi gözlənilir. Bundan əlavə, zavod karbon qazı emissiyalarını 60 faizə qədər azaltmağa yönəlmiş birbaşa azaldılmış dəmir - elektrik qövs sobası (DRI-EAF) ilə təchiz ediləcəkdir. Baosteel, zavodu 2026-cı ilin sonuna qədər işə salmağı hədəflədiklərini açıqlayıb.

  • Əvvəlki

    Microsoft bu il işçilərin maaşlarını artırmayacaq

Digər xəbərlər