USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mercedes zavoduna hücum: 2 ölü

12.05.2023 İqtisadiyyat
17 10
Almaniyanın Sindelfingen şəhərində Mercedes şirkətinin fabrikinə silahlı basqın nəticəsində iki türk işçinin həyatını itirdiyi bildirilib.

Kommersant.az xəbər verir ki, yerli mənbələr Türkiyə əsilli hücumçu ilə öldürülən işçilər arasında daha əvvəl də mübahisə olduğunu iddia edib. Bildirilib ki, polis 53 yaşlı təcavüzkarı saxlayıb və ifadəsini almaq üçün polis bölməsinə aparıb. Məsələ ilə bağlı polis və rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.

Alman mətbuatına açıqlamasında Mercedes-in sözçüsü Yohannes Leifert deyib: “Bu səhər Sindelfingendən gələn faciəli xəbər bizi dərindən sarsıtdı”.

  • Əvvəlki

    Neftimiz ucuzlaşıb

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0