USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Morgan Stanley, BoE-dən faiz artımını gözləyir

24.05.2023 İqtisadiyyat
29 11
ING və JPMorgan-dan sonra Morgan Stanley də İngiltərə Bankının iyun iclasında faiz dərəcələrini artıracağına inanır.

Kommersant.az xəbər verir ki, Morgan Stanley analitiki Burna Skarica, İngiltərədə aprel ayında gözləntilərin üzərində çıxan inflyasiya rəqəmlərinin İyun ayı MPC toplantısında faiz artımını gücləndirdiyini ifadə etdi. "Xidmətlər üzrə inflyasiya aprel ayında gözləntiləri üstələdi. Bu, baza inflyasiyanın yüksək səviyyədə qalmasının əsas mənbəyi idi", - deyə Morgan Stanley-in analitiki Skarica bildirib.

Skarica, İyun ayında BOE-nin faiz artımını qəti olaraq qiymətləndirdiklərini ifadə edərək, İyun ayından sonra BoE-nin faiz dərəcəsini sabit tutma proqnozlarının dəyişmədiyini vurğuladı.