USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət qurumları hesabatlarını niyə gecikdirir? - Ekspert səbəbləri açıqlayır

25.05.2023 İqtisadiyyat
101 6
Hesablama Palatasının yaydığı açıqlamada bir neşə dövlət qurumunun 2022-ci ilə aid maliyyə hesabatını hələ də təqdim etmədiyi qeyd olunub.

Bəs bu dövlət qurumları həmin maliyyə hesabatlarını vaxtında təqdim etmirlər?

Kommersant.az məsələni iqtisadçı Fuad İbrahimovla müzakirə edib.

Suallaramızı cavablandıran iqtisadçı qeyd edib ki, insan doğru olduqda he nədən çəkinmir:

“Nazirlik Komitələrini idarə edənlər də insan faktorudu. Baxmayaraq qanun-qayda, təlimat olsa da, əgər o qrumlarda nöqsanlar varsa, onların maliyyə təsərrüfatındakı bu nöqsanların hesabatını verə bilmirlər. Bü gün büdcədən vəsaitlər ayrılır, təsnifatlar üzrə də o xərclər ilboyu gedir. Hər dövlət qurumunun öz fəaliyyətinə uyğun təsnifatı var. Onların maliyyə hesabatı sağlam olanda Hesablama Palatası gəlir yoxlayır və hər şeyin qaydasında olduğunu görür və gedir.

Lakin nöqsan olanda, görülən işlərin, tenderlərin elan olunmasından sonra müəyyən tələbnamə üzrə sənədlər yerində olmayanda, protokol üzrə işlər vaxtında görülməyəndə sonra işləri yerinə qoymaq zülm olur. Bu zaman onlar vaxtı uzadaraq, hər hansı bir əlaqə quraraq bu problemlə üzləşməməyə çalışırlar”.

İqtisadçı qeyd edir ki, Hesablama Palatasının funksiyası genişdir:

“ Bir var var ardıcılllığı pozmaq, burada xəbərdarlıq edə, tövsiyyə xarakterli fikir söyləyə bilər, audit rəyi verə bilərlər ki, gələcək qurumlar maliyyə rəylərinin ardıcıllığını pozmasın.

Bir də var maliyyə çatışmazlığı, yəni sanksiya. Məsələn, dövlət qurumunda nəyəsə vəsait ayrılır, vəsait xərclənir amma iş yerinə yetirilmir. Belə maliyyə pozğunluğu olanda ilk növbədə maddi qiymətlilər yerinə qoyulmalıdır, oolmadıqda isə artıq cinayət tərkibli iş formalaşa və araşdırma üzrə aidiyyatı qurumlara ötürülə bilər”.

  • Əvvəlki

    Naxçıvanda DYP rəisi təqaüdə göndərildi

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0