USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Forbes milyarderlərin siyahısını açıqladı

26.05.2023 İqtisadiyyat
28 15
Amerika biznes jurnalı Forbes-in 2023-cü il Milyarderlər Siyahısını dərc edib. Bu il siyahıda olanların sayı 2640 nəfərə düşdüyü halda, milyarderlərin ümumi sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb. Bu il Milyarderlər siyahısına Türkiyədən 26 ad daxil edilib. Ən zəngin ad isə Erdemoğlu Holdinqin İdarə Heyətinin sədri İbrahim Erdemoğlu olub.

Kommersant.az xəbər verir ki, “Forbes” jurnalının bu il 37-ci dəfə dərc etdiyi “Milyarderlər siyahısı”na görə, dünya üzrə milyarderlərin sayı əvvəlki illə müqayisədə 28 nəfər azalaraq 2640 nəfərə düşüb və ardıcıl ikinci azalma qeydə alınıb.

İqtisadi təlatüm dövlət və özəl sektoru vurduqca milyarderlərin sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb.

Ötən il Twitter-i yüksək qiymətə aldıqdan sonra Tesla şirkətinin səhmləri ucuzlaşan İlon Mask milyarderlər siyahısında 1-ci yerdən 2-ci yerə düşüb. Maskın sərvəti keçən illə müqayisədə 39 milyard dollar azalaraq təxminən 180 milyard dollar olaraq hesablanıb.

Lüks mallar nəhəngi LVMH-nin sədri Bernard Arnault 211 milyard dollarlıq sərvətlə siyahıya başçılıq edir. Beləliklə, ilk dəfə olaraq siyahının başında Fransa vətəndaşı olub.

  • Əvvəlki

    “GünayBank”ın əməkdaşlarının maaşları ödənilmir

Digər xəbərlər