USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtobus kondisionerləri niyə yaxşı işləmir - AÇIQLAMA

13.07.2018 İqtisadiyyat
0 0
Bakıda müşahidə olunan kəskin istilər nəqliyyat vasitələrinin sərinləndirmə sistemi ilə bağlı problemləri yenidən aktuallaşdırıb.

"Kommersant" xəbər verir ki, paytaxt ərazisində bir neçə istiqamətdə yeni avtobuslar xəttə buraxılsa da, problem hələ ki, tam olaraq həllini tapmayıb.

Kondisioner sistemi ilə bağlı problem özünü xüsusilə köhnə avtobuslarda qabarıq şəkildə büruzə verir. Belə ki, həmin marşrutların çoxunun sərinləndirmə sistemi və pəncərələri işləmədiyindən sürücülər məcbur olub qapıları açırlar. Bu isə qapıya yaxın ərazidə dayanan sərnişinlərin həyatını təhlükə altına atır.

Məsələnin digər tərəfi isə, sərinləndirmə sistemi olan, ancaq onu çox zəif sürətlə işlədən sürücülərlə bağlıdır. Artıq bir neçə gündür ki, özümün də gündəlik olaraq xidmətindən istifadə etdiyim 5 nömrəli marşrut avtobusun sərnişinlərinin sərinləndirmə sistemindən gileyləndiyini müşahidə edirəm. Sürücüyə "Kondisionerin xodunu artır" deyə müraciət edən sərnişin "Olan budur" cavabını alır.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. Qurumun sözçüsü "Kommersant"a açıqlamasında bildirdi ki, nəqliyyat vasitələrinin sərinləndirmə sistemi ilə bağlı problem yay mövsümü üçün xarakterik sayılır:

"Gün ərzində Bakı Nəqliyyat Agentliyinin (BNA) çağrı mərkəzinə, "Facebook"dakı rəsmi hesabımıza, KİV-dən bu tip müraciətlər daxil olur. Nəqliyyat vasitələrində sərinləndirmə sistemi olan daşıyıcılara mütəmadi olaraq göstərişlər veririk ki, həmin sistemi işlək vəziyyətdə saxlasınlar. Bu tip müraciətlər hər zaman araşdırılır. Bəzən olur ki, sürücülərin səhlənkarlığından, bəzən də texniki nasazlıq səbəbindən sərinləndirmə sistemi işlək vəziyyətdə olmur".

M.Ağayev bildirdi ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) əsas hədəfi sərnişin məmnunluğuna nail olmaqdır:

"Avtobusda normal sərinləndirmə sistemi yoxdursa, daşıyıcı zəhmət çəkib həmin sistemin daim işlək vəziyyətdə olmasına nəzarət etməlidir. Texniki problem 1 gün ola bilər, növbəti gün problem aradan qaldırılmalıdır. Daşıyıcının gətirdiyi izahlar bizim üçün keçərli deyil. Sərnişin iddia edirsə ki, sərinləşdirmə sistemi işləmir, deməli işləmir".

  • Əvvəlki

    Tovuzda yeni sugötürücü qurğu tikilir

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0