Moody's Investors Service, Xəzinədarlığın faiz ödənişini iyunun ortalarında həyata keçirə bilməsinin ABŞ-ın AAA kredit reytinqini saxlaması üçün kritik rol oynayacağını bildirdi.
Kommersant.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi iyunun 15-də təxminən 2 milyard dollar faiz ödənişi edəcək.
Xəzinədarlıq naziri Yellen bazar günü deyib ki, Konqres borclanma tavanını artırmasa, 15 iyunda istiqraz faizinin ödənilməsi ehtimalı çox azdır.
Moody's-in baş vitse-prezidenti Uilyam Foster deyib: "Bu, bizim üçün həqiqətən vacib bir gündür. Əgər ödəniş gecikirsə, bu, defoltdur. Biz kredit reytinqimizi bir pillə aşağı sala, AAA-dan AA1-ə endirə bilərik".