USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan fermeri niyə xarici bazardan asılıdır?

31.05.2023 İqtisadiyyat
12 27
“Azərbaycan fermerləri Rusiya bazarına 2-3 dəfə daha çox məhsul ixrac edə bilər. Kənd təsərrüfatımızın potensialı buna qadirdir”.

Bunu Kommersant.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun fikirincə, Azərbaycan bazarı diversifikasiya etməlidir:

“Fermer bir bazardan asılı olduqda bu zaman problemlərlə rastlaşa bilir. Azərbaycan fermerinin bir satış bazarından asılı qalması riskdir. Rusiya bazarının problemləri, orada alıcılıq qabiliyyətinin aşağı düşməsi fermərə müəyyən çətinliklər yaradır. Biz Rusiya bazarına daha çox məhsul ixrac etməyə çalışmalıyıq. Çünki Rusiyanın ərazisi dünyanın 11-12%-ni təşkil edir”.

Ekspert hesab edir ki, Azərbaycanın sərhədyanı ərazilərində, cənubda böyük bazar İrandır:

“İran özü kənd təsərrüfatı ölkəsidir, bizdən yaxşı kartof, soğan, meyvə istehsal edirlər. Türkiyədə də pomidor, meyvə istehsalı geniş yayılıb. Fermerlərimiz başqa bazarlar tapmaqda çətinlik çəkirlər. Məsələn, Avropa bazarına nəzər salsaq, oraya girmək üçün dil baryerləri, eyni zamanda özlərinə məxsus standdartları var. Orada piştaxtalara məhsul çatdırmaq üçün çox böyük çətinliklər mövcuddurQ.

Xalid Kərimlinin sözlərinə görə, Azərbaycan fermeri əlçatan olduğu üçün Rusiya bazarına çıxa bilib:

“Bizim məhsullar orada tanınır, dil baryeri, adaptasiya problemi yoxdur, avtomobil yolu rahatdır. Avropaya getməyə “Şengen” vizasını əldə etmək üçün isə çox çətindir. Təbii ki, fermer üçün bir bazardan asılı olmağın çox böyük riskləri var. Azərbaycan fermeri ərəb bazarına, Gürcüstan, Mərkəzi Asiya bazarına çıxmaq üçün vəziyyəti öyrənməli, qiymət analizi aparmalı, çatdırma yollarını optimallaşdırmalı, həmin ölkədə özünə satış portnyorları tapmalıdır. Bu müddət ərzində məhsulun xarab olmaması üçün onun özünün saxlama və soyuducu anbarları olmalıdır ki, bu olduqca çətin məsələdir”.

  • Əvvəlki

    Türkiyədə dollar yenidən bahalaşdı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0