USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Evdar qadınlara pensiya verilməlidir?

13.06.2023 İqtisadiyyat
43 7
“İndiki cəmiyyət olduqca mürəkkəb cəmiyyətdi. Burda bir tədbir görməklə hansısa problemi həll etmək mümkün deyi, lakin evdar xanımlara pensiya verilməsi doğru hal olar”.

Kommersant.az xəbər verir ki, bu sözləri sosioloq Əhməd Qəşəmoğlu “ evdar xanlmlara pensiya verilməlidirmi” sualını cavabblandırarkən deyib.

Sosioloq evdar xanımlara pensiyaların verilməsinin doğru ola biləcəyini düşünür:
“ Çünki onlar evdə özləri üçün də, vətən üçün də övlad böyüdür, həyat yoldaşının öz işində daha uğurlu olması üçün dəstək olur.
Bunlar hamısı ölkə üçün olur, xalqa faydalı işlərdi. Ona görə də bu qadınlara pensiya verilməlidir. Bu həm də ailələrdə çox uşaq doğulmasına stimul verən mühüm səbəblərdən biridir”.

Əhməd Qəşəmoğlu deyib ki, eyni zamanda burada maarifləndirmə işi də aparılmalıdır.

“Qadınlara sadəcə pul verməklə iş bitmir. Onlara asudə vaxtını keçirməsi, maraqlarına uyğun klublar yaratmaqla, onları bir insan kimi həyatda, cəmiyyətdə rol oynamaqlarına şərait yaratmaq lazımdır. Gələcək cəmiyyət bunları da tələb edir. Ona görə də kompleks tədbirlər həyata keçirilməlidir bu tədbirlərin mühüm vasitələrindən biri də pensiyalardı”.

  • Əvvəlki

    Aylıq qazancı 150 min manat olan deputat dövləti şantaj edir...

Digər xəbərlər