USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib

24.04.2026 Bank
0 0
Bank Respublika “Sahibkarlar günü” münasibətilə biznes sahibləri üçün 10 məhsul və xidmət üzrə xüsusi güzəştlər təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 10 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunur.

Ölkəmizdə sahibkarlığın inkişafına davamlı dəstək göstərən Bank Respublika, bu münasibətlə “Sahibkarlara 10 fürsət” adlı kampaniyaya start verdiyini elan edib.

Kampaniya çərçivəsində banka müraciət edən kiçik və orta biznes nümayəndələri, o cümlədən fərdi sahibkarlar 10 bank məhsul və xidməti üzrə xüsusi imtiyazlar əldə edərək, biznes fəaliyyəti üçün zəruri olan xidmətlərdən əlavə xərc olmadan yararlanmaq və əsasən hesablaşma-kassa əməliyyatlarını ödənişsiz həyata keçirmək imkanı qazanacaqlar.

Bu çərçivədə sahibkarlara təqdim olunur:

Hesabın açılması – pulsuz; Valyuta mübadiləsi üzrə komissiya – pulsuz; Əmək haqqı kartları (5 illik) – pulsuz; Biznes kart standart(1 illik) – pulsuz; İnternet Bank Xidməti – pulsuz; Mobil POS - pulsuz; Bankdaxili köçürmələr – pulsuz; Çek kitabçasının verilməsi- pulsuz; Əmək haqqı kartlarına köçürmələr- 50% Endirim; Yaşıl investisiyalara verilən kreditlərə 15%-dək keşbek imkanı.

Bankdan bildirilib ki, kampaniyanın əsas məqsədi sahibkarların əməliyyat xərclərini azaltmaq, onların maliyyə alətlərinə çıxışını asanlaşdırmaq və bizneslərini daha sürətli inkişaf etdirmələrinə dəstək olmaqdır.

Kampaniya 25.05.2026 tarixinə qədər davam edəcək.