Yelo Bank investisiya imkanlarını hər kəs üçün daha sərfəli və əlçatan etmək məqsədilə növbəti “Komissiyasız alış günləri”nə start verir. 27 aprel – 9 may tarixləri arasında Yelo Invest vasitəsilə ediləcək 10 USD-dən bütün səhm və ETF alış əməliyyatları üzrə komissiya haqqı 0 USD təşkil edəcək.
Bu fürsətdən yararlanaraq həm yeni başlayan, həm də təcrübəli investorlar dünyanın ən böyük şirkətlərinin səhmlərinə heç bir əlavə xərc çəkmədən yatırım edə bilərlər.
Yelo Invest-in üstünlükləri ilə tanış ol:
✔️ Limit sifarişi: Bazarın qiymətini daim izləməyə ehtiyac yoxdur. Almaq və ya satmaq istədiyin qiyməti müəyyən et, qiymət həmin həddə çatdıqda sistem əməliyyatı sənin yerinə avtomatik icra etsin.
✔️ 14 000-dən çox investisiya aləti: Geniş seçim imkanı ilə portfelini şaxələndir.
✔️ 16 saatlıq ticarət seansı: Günün böyük hissəsini əhatə edən ticarət imkanı ilə sənə uyğun vaxtda əməliyyat et.
✔️ Tam onlayn proses: Filiala gəlmədən, saniyələr içində Yelo App-də investisiya hesabı aç və dərhal yatırıma başla.