Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb
"Kommersant" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,68 dollar və ya 0,97% bahalaşaraq 71,01 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,88 dollar və ya 1,18 yüksələrək 75,33 dollar olub.