USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda pensiyalar artıb

27.07.2023 İqtisadiyyat
22 26
"Bu il Azərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib".

Kommersant.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hesabat dövründə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 466,1 manata yüksəlib: "Keçən illə müqayisədə 16.4 faizlik artım qeydə alınıb. Əvəzetmə əmsalı isə 47.2 %-ə çatıb".