Twitter-in adını və loqosunu "X" olaraq dəyişən İlon Maskın orijinal planı ortaya çıxıb. Maskın məqsədi 44 milyard dollara aldığı Twitter-i Çin sosial media platforması WeChat kimi ödəniş və kredit xidmətləri göstərən rəqəmsal bank platformasına çevirməkdir.
Kommersant.az xəbər verir ki, dünyanın ən varlı adamı, 242 milyard dollarlıq şəxsi sərvəti ilə İlon Maskın 44 milyard dollara aldığı Twitter-in real planı yavaş-yavaş üzə çıxır.
Twitter-in loqosunda mavi quşu atan və adını X olaraq dəyişdirən Maskın əsas planı “yazışma platforması”nı ödəniş xidmətləri də təqdim edə bilən rəqəmsal bank platformasına çevirməkdir. Maskın ilham mənbəyi isə səsli və mətn mesajlaşma proqramı olan WeChat-dır. Təxminən 1,4 milyard istifadəçisi olan WeChat vasitəsilə də rəqəmsal pulla ödənişlər edilə bilər.