İngiltərə iqtisadiyyatının 2024-cü ilin sonunda tənəzzülə uğrama riskinin yüzdə 60 olduğu və ölkədə ümumi seçkilərin planlaşdırıldığı bu dövrdə gəlir bərabərsizliyinin arta biləcəyi bildirildi.
İngiltərənin ən qədim müstəqil iqtisadi tədqiqat institutu kimi tanınan Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun təhlilinə görə, Brexit, Kovid-19 epidemiyası və Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu inflyasiyanı azaltmaq üçün monetar siyasətin sərtləşdirilməsi Britaniyaya mənfi təsir göstərib.
Bu hadisələrin təsiri ilə İngiltərə iqtisadiyyatının bu il yüzdə 0,4, 2024-cü ildə isə yüzdə 0,3 böyüməsi gözlənilsə də, iqtisadi görünüşlə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır.
Sözügedən qeyri-müəyyənliklərdən asılı olaraq, iqtisadiyyatın bu ilin sonunda daralacağı, 2024-cü ilin sonunda isə 60 faiz risklə tənəzzülə girəcəyi gözlənilir.
İnflyasiyanın bu ilin sonunda 5,2 faizə, 2024-cü ilin sonunda isə 3,9 faizə düşəcəyi, lakin 2025-ci ilə qədər hədəflənmiş 2 faiz səviyyəsindən yuxarı qalacağı gözlənilir. Hazırda 6,9 faiz olan baza inflyasiyanın yüksək qalmaqda davam etməsi riski əsas inflyasiyanın gözləniləndən yüksək qalma ehtimalını artırır.