USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya iqtisadiyyatı gözləniləndən daha çox böyüdü

15.08.2023 İqtisadiyyat
18 8
Yaponiya iqtisadiyyatı rüblük bazda 1,5 faiz, illik bazda isə 6 faiz artaraq gözləntiləri üstələyib.

Kommersant.az xəbər verir ki, Yaponiya iqtisadiyyatı ixracın artması ilə gözləniləndən daha sürətli böyüyüb.

Nazirlər Kabineti Aparatının açıqladığı məlumatlara görə, aprel-iyun aylarında ÜDM əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artaraq, xarici tələbin başçılığı ilə ardıcıl üçüncü rübdür ki, genişlənib. 2020-ci ilin son rübündən bəri ən güclü artım qeydə alınıb.

İkinci rübdə yaponların yarıdan çoxunu təşkil edən özəl istehlak əvvəlki rüblə müqayisədə 0,5 faiz azalıb, ixrac isə 3,2 faiz artıb. Əsaslı xərclər isə sabit qalıb.

Xalis ixrac artıma 1,8 faiz bəndi töhfə verib.