BVF-nin idarəedici direktoru Georgieva, "BVF və Çin arasında güclü tərəfdaşlıq var" dedi.
Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva deyib ki, BVF və Çin arasında "güclü tərəfdaşlıq mövcuddur".
"Bir çox ölkələrin Covid-19-un təsirlərinə və dünya şoklarına qarşı həssas olduğu bir dünyada BVF-nin onlara kömək etmək üçün maliyyə gücünə sahib olması vacibdir. Mən Çinə BVF-nin qlobal maliyyə təhlükəsizliyi şəbəkəsinin mərkəzində rolunu qəbul etdiyinə görə minnətdaram", - deyə Georgieva bildirib.