USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BVF və maliyyə tənzimləyicilərindən kriptovalyuta xəbərdarlığı

08.09.2023 İqtisadiyyat
8 0
Beynəlxalq Valyuta Fondu (BVF) və qlobal maliyyə tənzimləyiciləri kriptovalyutaların makroiqtisadi və maliyyə sabitliyinə zərər vurmasının qarşısını alacaq tədbirlər üçün yol xəritəsi müəyyən ediblər.

BVF və G20 tərəfindən yaradılmış Maliyyə Sabitliyi Şurasının (FSB) birgə hesabatında kripto aktivlərin iqtisadiyyata zərər verməsinin qarşısını almaq üçün siyasət tövsiyələri verilmişdir.

Hesabatda kriptovalyutaların makroiqtisadi və maliyyə sabitliyi baxımından təsirlərindən bəhs edilmiş, bu aktivlərin geniş şəkildə mənimsənilməsinin pul siyasətinin effektivliyini zəiflədə, kapital axınının idarəolunma tədbirlərindən yan keçə, maliyyə risklərini artıra, mövcud resursları başqa istiqamətə yönəldə biləcəyi bildirilib.

Bu risklərin bir-birini gücləndirə biləcəyinə diqqət çəkən hesabatda kripto aktivlərin makroiqtisadi və maliyyə sabitliyi risklərini həll etmək üçün hərtərəfli siyasət və tənzimləyici reaksiyanın tələb olunduğu vurğulanır.