ABŞ-ın ticari xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftəyə görə təxminən 6 milyon 300 min barrel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 6 milyon 300 min barrel azalaraq 416 milyon 600 min barrelə çatdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 5 milyon 500 min barrel azalacağı idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları təxminən 800 min barel artaraq 350 milyon 300 min barrelə çatıb.
Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 2 milyon 700 min barrel azalaraq 214 milyon 700 min barrelə çatıb.