USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

16.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən "Kommersant"a verilən məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.
Ay ərzində manna və qarabaşaq yarması, makaron məmulatları, qoyun əti, qatıq, pendir, kərə yağı, albalı, gilas, alça, ərik, çiyələk, pomidor, xiyar, badımcan, göy lobya, soğan və kartofun qiymətlərində azalma, düyü, mal və toyuq əti, yumurta, zeytun, günəbaxan və qarğıdalı yağları, göyərti, şəkər tozu, dondurma, qara və yaşıl çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Əvvəlki

    Azərbaycan şirkəti Britaniyaya “ağıllı çaydan” ixrac edib

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0