USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brent markalı neftin barel qiyməti artmaqda davam edir

18.09.2023 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 94,73 dollara satılır.

Kommersant.az xəbər verir ki, cümə günü 94,63 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 93,93 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09,58-də bağlanış vaxtı ilə müqayisədə 0,85 faiz artaraq 94,73 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 90,83 dollara satılıb. Qiymətlər ilin ən yüksək səviyyəsində qalmağa davam edir. Neftin qiymətinin artmasına Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın könüllü şəkildə azaldılması müddətinin uzadılmasından sonra ilin son rübündə qlobal tələb və təklif boşluğunun genişlənəcəyi ilə bağlı narahatlıq təsir edib.

Mütəxəssislərin hesablamalarına görə, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azaldılması bazarı ilin son rübündə gündəlik 2 milyon barel kəsirinə sürükləyə bilər. Bundan əlavə, dünyanın ən böyük xam neft idxalçısı olan Çində iqtisadi stimullaşdırma siyasətinin neft tələbinin bərpasına gətirib çıxaracağı gözləntiləri və dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-dan gələn güclü iqtisadi göstəricilər, qiymətlərin yüksələn xətt üzrə hərəkətini dəstəkləyir.

  • Əvvəlki

    Ərdoğandan Maska 7-ci fabrik çağırışı

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0