USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Volvo dizel avtomobillərinin istehsalını dayandırır

20.09.2023 İqtisadiyyat
12 30
Əksəriyyəti Çin şirkəti Geely-yə məxsus avtomobil nəhəngi Volvo, 2024-cü ildən etibarən dizellə işləyən avtomobillər istehsal etməyəcəyini açıqlayıb.

Dünyanın bir çox avtomobil nəhəngi iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün daxili yanma ilə işləyən avtomobillərin istehsalını azaltmağa və elektriklə işləyən avtomobillərə müraciət etməyə başlayıb. 2030-cu ildə tam elektrikli modellərə keçməyi hədəfləyən İsveçli istehsalçı Volvo da onlardan biri idi.

Volvodan edilən şərhlərə görə, əksəriyyəti Çin şirkəti Geely-ə məxsus olan avtomobil nəhəngi bundan sonra dizellə işləyən avtomobillər istehsal etməyəcək.

Şirkət ən son dizel avtomobilinin gələn il buraxılacağını açıqladı. Açıqlamada aşağıdakı ifadələr yer alıb: “Bir neçə aydan sonra dizel mühərrikli sonuncu Volvo avtomobili istehsal olunacaq və bu, Volvo Cars-ı belə bir addım atan ilk miras avtomobil istehsalçılarından biri edəcək”.

Məlumdur ki, avtomobil markası 2040-cı ilə qədər karbon neytral olmaq istəyir.

  • Əvvəlki

    Ermənistan SQ-ə məxsus son şəxsi heyət döyüş mövqeyini tərk etdi - MN

Digər xəbərlər