İranın neft nazirinin müavini Muhsin Hocestemehr ölkəsinin gündəlik xam neft hasilatının hazırda 3 milyon 300 min barrel olduğunu və 10 gün ərzində hasilatı 100 min barel artıracaqlarını bildirib.
İranın neft nazirinin müavini Muhsin Hocestemehr ölkəsinin gündəlik xam neft hasilatının hazırda 3 milyon 300 min barrel olduğunu və 10 gün ərzində hasilatı 100 min barel artıracaqlarını bildirib.
İranın Neft Nazirliyinə bağlı Enerji Xəbər Agentliyinin (SHANA) verdiyi məlumata görə, Hocestemehr paytaxt Tehranda keçirilən iclasda çıxış edərək, ölkəsinin Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) hasilat payının əvvəlki dövrə qayıtdığını bildirib.
3,4 milyon barrelə çatacaq
Cari hökumət dövründə neft hasilatını 2,2 milyon bareldən 3,3 milyon barrelə yüksəltdiklərini ifadə edən Hocestemehr, "Neft hasilatımız 10 gündə 100 min barrel artımla 3,4 milyon barrelə çatacaq" deyib.