Avropada təbii qaz qiymətləri Norveç və Avstraliyada tədarük risklərinin azaldığını göstərən əlamətlərlə aşağı düşüb.
Hollandiya TTF-də təbii qazın oktyabr çatdırılması üçün qiyməti 35,55 avroya, noyabr ayı üçün isə 41,65 avroya enib.
Hazırda təbii qazın oktyabrda tədarükü 1,34 faiz azalaraq 36,85 avro/MVt, noyabrda tədarük isə 2,89 faiz azalaraq 42 avro/MVt/saat təşkil edib.
Chevron Corp. və həmkarlar ittifaqları Avstraliyanın mayeləşdirilmiş təbii qaz ixracat obyektlərində cümə gününə qədər tətilləri dayandırmaq üçün tənzimləyicilərin vasitəçiliyi ilə razılaşmaya yaxındırlar.