USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada təbii qaz ucuzlaşıb

27.09.2023 İqtisadiyyat
0 0
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 430 ABŞ dollarınadək enib.

Kommersant.az xəbər verir ki, 26 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 430,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (487,1 dollar) ilə müqayisədə 11,6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.