ABŞ ÜTT-yə ehtiyac duyurmu?

17.07.2018 İqtisadiyyat
Dünya investorları narahatdır.

"Kommersant" xəbər verir ki, dünya sərmayəçiləri ABŞ və dünya ölkələri arasında gedən ticarət savaşına görə narahatlıqlarını ifadə ediblər.

ABŞ-ın alüminium və polad məhsullarına tətbiq etdiyi vergilərdən sonra Çin, AB, Kanada, Meksika və Türkiyə Ümumdünya Ticarət Təşkilatına şikayətlərini bildirmişdilər. ABŞ isə özünü müdafiə edərək tətbiq etdiyi vergilərlə bağlı heç bir haqsızlıq etmədiyini bildirib. Dünya ölkələri isə ABŞ-ın addımlarının ölkəyə kapital axınını təmin etməkdən başqa bir şey olmadığını bildirib.

Bunun qarşılığında, dünya birliyi ABŞ-a qarşı müxtəlif sanksiyalar tətbiq etməyi düşünür. Trump öz növbəsində cavab reaksiyasında Dünya Ticarət Təşkilatına ehtiyac duymadığını bildirib.