"Asan İmza"nın aylıq abunə haqqı artırıldı

17.07.2018 İqtisadiyyat
"Azercell Telecom" MMC "Asan İmza" üzrə aylıq abunə haqqını 1 manatdan 2,50 manata qaldırıb.

"Kommersant" xəbər verir ki, 1 SMS ismarıcının qiyməti isə 0 AZN təşkil edəcək. Bundan əvvəl göndərilən 1 SMS ismarıcının qiyməti isə 0,03 AZN təşkil edirdi.

"Azercell Telecom"un elanında deyilir:

15.08.2018-ci il tarixdən "Asan İmza" xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan "Azercell" abunəçiləri (28.08.2017-ci il tarixdən etibarən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər istisna olmaqla) üçün hər faktura dövrünə görə abunə haqqı 2.50 AZN (ƏDV daxil) təyin edilib.

Beləliklə, 15.08.2018-ci il tarixdən "Asan İmza" xidmətinin istifadəçiləri - əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və 28.08.2017-ci il tarixinə qədər qoşulmuş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər üçün aylıq abunə haqqı 2.50 AZN, göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0 AZN təşkil edəcək.

Xatırladaq ki, hazırda "Asan İmza" xidmətinə üçillik qoşulma haqqı əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri üçün 18 AZN (ƏDV daxil), dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər üçün isə 54,46 AZN (ƏDV daxil) təşkil edir.

  • Əvvəlki

    Piyadalara tətbiq edilən cərimələr artırıldı

Digər xəbərlər

12.08.2022 İqtisadiyyat
Qazın qiyməti niyə bahalaşdı?
0 0
12.08.2022 İqtisadiyyat
Rayonlarda un qıtlığına səbəb nədir?
0 0
11.08.2022 İqtisadiyyat
Yeni xüsusi təyinatlılar and içdi
1 0