USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BMT: Qəzzada su tükənib

17.10.2023 İqtisadiyyat
0 0
HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra başlayan müharibə davam edir. İsrailin Qəzza zolağının bombardmanları səbəbindən bölgədə su probleminin yaranmağa başladığı bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzza zolağında suyun tükəndiyini, ailələrin və uşaqların quyulardan gələn çirkli sudan istifadə etmək məcburiyyətində qaldığını açıqlayıb.

UNICEF-in X platformasındakı bəyanatında, "Bizə təcili humanitar atəşkəs lazımdır ki, yardım Qəzzada olan ailələrə və uşaqlara heç bir maneə olmadan çata bilsin" kimi açıqlamalar paylaşılıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) dünən Qəzzaya yanacağın daxil olması ilə bağlı xəbərləri təkzib edib.

UNRWA-nın başqa bir rəsmisi bildirdi ki, oktyabrın 7-dən bəri şəhərə nə yanacaq, nə qida, nə də su daxil olmayıb və şəhərə heç bir təchizat daxil olmayıb.