USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda Azərbaycan-Pakistan işgüzar görüşü keçirilib

17.07.2018 İqtisadiyyat
0 0
Bu gün Bakıda Pakistan iş adamları ilə görüş keçirilib

"Kommersant" xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə keçirilən görüşdə hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, tekstil və s. sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.

Tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb.

Y. Abdullayev Pakistan və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edərək iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Pəncab vilayətinin Sənaye və Ticarət Palatasının prezidenti Ali Ansar Ghumman Azərbaycan-Pakistan münasibətlərinin uğurla inkişaf etdiyini, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb, Pakistanın iqtisadiyyatına və biznes imkanlarına dair məlumat verib.

Sonra Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimat keçirilib.

Tədbir ikitərəfli görüşlərlə davam edib.