USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazprom Çinə qaz nəqlini 46,6 faiz artırıb

19.10.2023 İqtisadiyyat
0 0
Rusiyanın “Qazprom” enerji şirkətinin rəhbəri Aleksey Miller bildirib ki, bu il “Sibirin Gücü” boru kəməri ilə Rusiya qazının Çinə nəqli ötən illə müqayisədə 46,6 faiz artıb.

Qazprom-dan verilən açıqlamaya görə, Miller Çinin paytaxtı Pekində Çinin neft və təbii qaz şirkəti CNPC-nin sədri Dai Houliang ilə görüşüb.

Görüş zamanı Miller Rusiyanın Saxalin vilayətindən Çinə yeni xəttin layihələndirilməsi işlərinin davam etdiyini bildirib və Monqolustanda Çin üçün də nəzərdə tutulan “Soyuz Vostok” gəmisinin layihələndirmə işində ən son yenilikləri çatdırıb.

Qazprom-un Çinə davam edən qaz nəqli ilə bağlı danışan Miller, "Sibirin Gücü ilə Çinə qaz nəqli yüzdə 46,6 artdı. Qazprom Çin ilə razılaşdırılmış marşrutlar vasitəsilə tədarükü daha da artırmağı və etibarlı təbii qaz təmin etməyi hədəfləyir" dedi.

Görüş zamanı, həmçinin ilin sonunadək Rusiya qazının Çinə əlavə tədarükü ilə bağlı Qazprom və CNPC arasında müqavilə imzalanıb.

  • Əvvəlki

    Qiymətli əşyalarınızın təhlükəsizliyi üçün Yelo Bank-dan depozit qutuları

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0