USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nvidia Foxconn ilə birlikdə süni intellekt fabrikləri quracaq

19.10.2023 İqtisadiyyat
0 0
Nvidia və Çində yerləşən Hon Hai/Foxconn Group əyalətdə süni intellekt fabrikləri quracaq.

Dünyanın ən böyük çip istehsalçılarından biri olan Nvidia və Çində yerləşən beynəlxalq sənaye istehsalı şirkəti olan Hon Hai/Foxconn Group-un süni intellekt fabrikləri quracağı açıqlanıb.

BBC-nin məlumatına görə, Nvidia şirkətinin baş direktoru Jensen Huang və Foxconn sədri Young Liu dünən Tayvanın paytaxtı Taypeydə Foxconn-un illik texnologiya sərgisində görüşüblər.

Şirkət nümayəndələri birlikdə süni intellekt fabrikləri quracaqlarını və bu fabriklərin Nvidia-nın çiplərindən tətbiqləri inkişaf etdirmək üçün istifadə edəcək bir məlumat mərkəzi növü olacağını qeyd ediblər.

Bildirilib ki, yaradılan yeni mərkəzlər avtonom nəqliyyat vasitələri, robot platformalar və iri dilli modellər üzrə təlimləri əhatə edəcək.

Qərar ABŞ Ticarət Departamentinin Çinə qabaqcıl süni intellekt çiplərinin satışı ilə bağlı qaydaları sərtləşdirəcəyini bildirməsindən sonra açıqlanıb.

ABŞ-ın verdiyi qərarla ölkədə süni intellekt şirkətlərinin üstünlük verdiyi prosessor Nvidia H100-ün satışına qadağa qoyuldu.