USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Asiya birjaları ucuzlaşıb

20.10.2023 İqtisadiyyat
0 0
Asiya fond bazarlarında satış yönümlü tendensiya müşahidə olunub. Qlobal səhm bazarlarında ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powellin dünənki "pul siyasətinin daha da sərtləşdirilməsinə ehtiyac ola bilər" açıqlaması ilə başlayan mənfi tendensiya yeni gündə Asiya səhm bazarlarına doğru hərəkət etdi.

Çin hökumətinin iqtisadiyyata rekord səviyyədə likvidlik təmin etməsi satış təzyiqini azaltmaq üçün kifayət etmədi.

Çində daşınmaz əmlak sektorunda davam edən problemlərin risk iştahına çox mənfi təsir göstərdiyini qeyd edən analitiklər, dünya üzrə istiqraz faizlərinin artırılmasının da səhm bazarlarının sıxışdırılmasında mühüm rol oynadığını bildiriblər.

Digər tərəfdən, Yaponiyada bu gün açıqlanan məlumatlara görə, İstehlak Qiymətləri İndeksi (TÜFE) sentyabr ayında gözləntilərə uyğun olaraq yüzdə 3 artarkən, əsas TÜFE yüzdə 2,8 artımla proqnozları aşdı.

Çin Xalq Bankı (PBoC) 1 və 5 illik borclanma faiz dərəcələrini müvafiq olaraq 3,45 və 4,20 faiz səviyyəsində sabit saxlayıb.

Bu gün Cənubi Koreyada Kospi indeksi 1,7 faiz azalaraq 2374 bənd, Çində Şanxay kompozit indeksi isə 0,9 faiz azalaraq 2980 bənd təşkil edib.

Yaponiyada Nikkei 225 indeksi günü 0,54 faiz ucuzlaşma ilə 31 259 bənd, dollar/yen pariteti isə 0,1 faiz azalma ilə 149,9 bənddən ticarət edilib.

Hindistanda Sensex indeksi 0,3 faiz azalaraq 65 min 420 bənd, Honq Konqda Hang Senq indeksi isə 0,7 faiz azalaraq 17 min 180 bənddir.

  • Əvvəlki

    Nazir Şimşək: Körfəz ölkələri ilə danışıqlarımız davam edəcək

Digər xəbərlər