Çin Xalq Bankı bazar gözləntilərinə uyğun olaraq benchmark kredit faizlərini (LPR) dəyişməyərək saxlayıb.
Çin Mərkəzi Bankı (PBoC) tərəfindən edilən açıqlamada, kreditlər üçün istinad sayılan 1 illik kredit faiz dərəcəsinin (LPR) yüzdə 3,45 səviyyəsində sabit saxlanıldığı bildirilib.
Analitiklər son makroiqtisadi məlumatların ölkə iqtisadiyyatının gedişatının məhdud da olsa yaxşılaşdığını göstərdiyini qeyd edərək, yuanın dollar qarşısında zəifləməsi monetar kursun daha da yumşalmasını məhdudlaşdırdığı üçün faiz dərəcələrinin sabit qalacağının gözləndiyini bildiriblər.
Çindəki 18 bankın PBoC-nin siyasət faiz dərəcəsinə dair dividend bəyannaməsinə əsasən təyin olunan LPR, 2019-cu ildən bəri ölkənin faktiki göstərici faiz dərəcəsi olaraq xidmət edir.
Korporativ kreditlər üçün 1 illik kredit faiz dərəcəsi, daşınmaz əmlak kreditləri üçün isə 5 illik kredit faizi göstərici hesab edilir.
PBoC həmçinin 5 illik kredit faiz dərəcəsini 4,20 faiz səviyyəsində sabit saxlayıb.