USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada təbii qazın qiyməti yenidən bahalaşır

20.10.2023 İqtisadiyyat
0 0
Yaxın Şərqdəki münaqişələrin genişlənəcəyi və qlobal təbii qaz axınına təsir edəcəyi qorxusu artdıqca Avropa təbii qaz qiymətləri yenidən artıb.

Hollandiya TTF-də noyabr ayı tədarükü üçün qazın qiyməti bu gün 52,29 avroya yüksəlib. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra təbii qazın qiyməti təxminən 35% artıb.

İsrail-Həmas münaqişəsi indiyədək Misiri təmin edən əsas yatağın bağlanmasına gətirib çıxarıb və bu, Şimali Afrika ölkəsindən mayeləşdirilmiş təbii qaz ixracı ilə bağlı suallar doğurub. Avropanın qaz təchizatında Misirin payı əhəmiyyətli deyil, lakin daha geniş münaqişə və İranın mümkün müdaxiləsi Hörmüz boğazından keçən Qətərin LNG gəmiləri üçün təhlükəsizlik risklərini də artıra bilər.

Energy Aspects Ltd. "Avropa və qlobal tarazlıqlar üçün ən böyük risk İran da daxil olmaqla, Həmas-İsrail münaqişəsinin artması və Hörmüz boğazından istifadə ilə bağlı gərginliyin yaranmasıdır", - deyə o, bu həftə verdiyi açıqlamada bildirib.

Noyabr ayı üçün təbii qazın qiyməti hazırda dünənlə müqayisədə 0,35 faiz artaraq meqavat/saat üçün 51,18 avro təşkil edir.