Diqqət! Övladlarımız üçün gizli təhlükə

17.07.2018 İqtisadiyyat
İngiltərədə aparılan bir araşdırmada uşaq arasında məşhur olan oyun xəmirinin tərkibində təhlükəli səviyyədə, sonsuzluğa yol açan kimyəvi maddələrin olduğu məlum oldu.

"Kommersant" xarici mətbuata istinadən bildirir ki, araşdırmada 11 müxtəlif firmaların istehsalı olan selikvari oyun xəmirləri tədqiq olunub. Onlardan səkkizində bor maddəsinin tövsiyə olunan miqdardan yuxarı olduğunu məlum olub. Bu məhsullarda Bor maddəsinin səviyyəsinin icazə verilən normadan 4 dəfə çox olduğu ortaya çıxıb.
Bor kimyəvi maddəsini uşaqlarda allergiya, qusma, ishal, qıcolma kimi fəsadlara yol aşır.
Qeyd edək li, selikvari oyun xəmirləri 2017-ci ildən batan dünyada məşhurlaşıb. Instagram və YouTube kanallarında bu cür oyun xəmirlərinin istehsalına dair milyonlarla foto və video paylaşır.