USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Enerji şirkəti BP üçüncü rübdə 3,3 milyard dollar mənfəət əldə edib

31.10.2023 İqtisadiyyat
0 0
BP-nin ilin üçüncü rübündə mənfəəti əvvəlki üç aylıq dövrlə müqayisədə 27 faiz artdığı halda, ötən ilin üçüncü rübü ilə müqayisədə 60 faiz azalıb.

Enerji şirkəti BP üçüncü rübdə 3,3 milyard dollar mənfəət və 1,5 milyard dollarlıq səhmləri geri aldığını açıqlayıb. Şirkətin üçüncü rüb balansı ilə bağlı açıqlamasına əsasən, ikinci rübdə 2,6 milyard dollar olan BP-nin mənfəəti güclü neft ticarəti, yüksək neft və qaz hasilatı və emal marjalarının artması səbəbindən üçüncü rübdə 3,3 milyard dollara yüksəlib.

Belə ki, şirkətin mənfəəti bu dövrdə 27 faiz artıb. BP həmçinin üçüncü rübdə 1,5 milyard dollarlıq səhmləri geri alacağını açıqlayıb. Şirkətin ikinci rüb üçün planlaşdırılan 1,5 milyard dollarlıq səhmlərinin geri alınması oktyabrın 27-də tamamlandı.

Digər tərəfdən, BP-nin ilin üçüncü rübündə 3,3 milyard dollar olan mənfəəti ötən ilin eyni dövründəki 8,1 milyard dollarlıq mənfəətlə müqayisədə 60 faiz azalıb. BP ilin 9 ayında 10,8 milyard dollar mənfəət əldə edib. 2022-ci ilin eyni dövründə şirkətin mənfəəti 22,8 milyard dollar olub.

  • Əvvəlki

    “PAŞA Bank Gürcüstan” ASC-nin İdarə Heyətinin tərkibində dəyişikliklər baş verib

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0