Tramp: “ABŞ-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb”

18.07.2018 İqtisadiyyat
ABŞ-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

"Kommersant" APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Rusiya ilə münasibətlərimiz indiyədək belə pis olmamışdı, lakin indi əhəmiyyətli dərəcədə yaxşılaşıb, gələcəkdə daha da yaxşılaşa bilər", deyə D.Tramp qeyd edib.

Eyni zamanda, D.Tramp Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildirib. ABŞ prezidenti həmçinin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair kəşfiyyatın nəticəsi ilə razılaşdığını bildirib. "Mən kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb", deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, ötən gün Finlandiyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib.

  • Əvvəlki

    Cari ilin birinci yarımilində 37,6 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib

Digər xəbərlər